"Qəbələ" qış çempionu oldu

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda 2016-cı ilin son oyunları baş tutub.

 

Sportal.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının təmsilçiləri də növbəti qarşılaşmalarını keçirib.

 

U-19 15-ci turun oyununda AZAL-la görüşüb. Komanda bu ev matçında 3:0 hesabı ilə qalib gəlib. 15 qarşılaşmada 37 xal toplayan “qırmızı-qaralar” yenidən turnir cədvəlinin lideri olub. U-17 isə 14-cü turun ev oyununda “Rəvan”la üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn “Qəbələ” 13 oyundan sonra xal hesabını 32-yə çatdırıb. Liderə şərik olan komanda əlavə göstəricilərə görə 2-cidi. U-15 Liqada 1-ci dövrənin sonuncu - 13-cü turu oynanılıb. “Qəbələ” səfərdə AZAL-ın qapısından 2 cavabsız qol keçirib. 12 matçda 34 xal toplayan “qırmızı-qaralar” qış fasiləsinə lider kimi yollanıb. 

 

Paytaxt regionunun Bakı zonasında çıxış edən "Qəbələ"nin U-14 və U-13 komandaların bu il keçirməli olduğu son qarşılaşmalar təxirə salınıb. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında 13-cü turun matçları baş tutub. Bu kateqoriyalarda "Qəbələ" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Daşqın”a qalib gəlib - 1:0. UGİM isə “Kürmük”lə heç-heçə edib - 0:0. 13 turdan sonra “Qəbələ” 39 xalla 1-ci, UGİM 30 xalla 3-cüdü. U-11 Liqasında “Qəbələ” BOİK-i 8:0, UGİM “Kürmük”ü 5:3 hesabı ilə üstələyib. 13 turdan sonra “Qəbələ” 39 xalla 1-ci, UGİM 36 xalla 2-cidi.

 

"Qəbələ"nin üç komanda ilə təmsil olunduğu U-10 Liqasında ilk xal itkisi ilə üzləşib. Komanda UGİM (Şəki) ilə heç-heçə edib - 4:4. UGİM isə Yevlaxın UGİM “Rabitəçi”sini 7:0 hesabı ilə məğlub edib. Gİİ isə bu turda istirahət edib. “Qəbələ” 13 oyundan sonra 37 xalla 1-ci, 12 matç keçirən Gİİ 27 xalla 3-cü, UGİM 22 xalla 6-cıdı.

Tarix: 30 Dekabr [00:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio