"Real"ın futbolçuları 1 aylıq sıradan çıxdı

01:30 - 30 Dekabr 2016

Madridin "Real" klubu 2 itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "kral klubu"nun futbolçuları Mateo Kavaçiç və Lukas Vaskes sıradan çıxıb. Klubun rəsmi saytından verilən məlumata görə hər iki futbolçu 1 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Kavaçiçlə Vaskes Yaponiyada keçirilən klublararası dünya çempionatında zədələnib.

Xəbər xətti