Ramil Şeydayevə 2 klub "elçi düşdü"

Türkiyənin "Trabzonspor" klubunun əsas heyətə düşməkdə çətinlik çəkən millimizin üzvü Ramil Şeydayevi icarəyə vermək planı var.

 

Sportal.az xəbər verir ki, yayda Rusiyanın "Zenit" klubundan transfer olunan gənc futbolçunu icarəyə götürmək istəyən klubların sayı artmaqdadı. Türkiyə mətbuatının yaydığı xəbərə görə, PTT I liqasında mübarizə aparan "Mersin İdman Yurdu" və "Giresunspor" klubları gənc forvardı heyətinə qatmaq istəyir. İddiaya görə, adıçəkilən klublar artıq "Trabzonspor"la danışıqlara başlayıblar. 

 

Qeyd edək ki, Ramil Şeydayev "Trabzonspor"un heyətində 3 oyun keçirib və 1 qol vurmağı bacarıb.

 

Tarix: 30 Dekabr [10:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2017
25  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio