"Yuventus"dan yeni transfer

12:22 - 30 Dekabr 2016

İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Cenoa"nın futbolçusu Tomas Rinçon Hernandesi rənglərinə bağlayıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi yeni klubu üçün tibbi müayinədən keçib.

 

Rinçonla tezliklə rəsmi müqavilənin imzalanacağı qeyd olunub. 


Nəzərinizə çatdıraq ki, Rinçon Venesuela millisinin üzvüdür. O, 2014-cü "Cenoa"da çıxış edir.

 

Xəbər xətti