"Qalatasaray" 22 yaşlı futbolçunu transfer etdi

15:03 - 30 Dekabr 2016

Türkiyə nəhəngi “Qalatasaray” “Gənclərbirliyi”nin futbolçusu Ahmet Çalıkla anlaşıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” “Beşiktaş”ın da gözaltı etdiyi Çalıka ilkin anlaşma üçün 1,2 milyon avro ödəyib.

 

22 yaşlı Ahmet Çalık “Gənclərbirliyi” klubunun yetirməsidi.

 

Xəbər xətti