İtaliya klubunun avtobusu yandı

00:30 - 31 Dekabr 2016

İtaliyanın "Reccina" klubunun avtobusu yanıb.

 

Sportal.az xəbər verir ki, hadisə ötən gün C seriyası çərçivəsində baş tutan "Messina" - "Reccina" oyunundan sonra baş verib. Komandanı məskunlaşacağı otelə aparan avtobusun arxa hissəsində yanğın baş verib. Hadisə nəticəsində futbolçulardan və teniki heyətdən heç kim xəsarət almayıb.

 

Yerli mənbələr polisin hadisə ilə bağlı araşdırma apardığını qeyd edir. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi müəyyənləşməyib.

Xəbər xətti