Emin Mahmudovlu "Boavişta" qələbə qazandı

Millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu Portuqaliyanın "Boavişta" klubu Premyer Liqada yaranan fasilədən yararlanaraq yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, Portu təmsilçisi sequndada da mübarizə aparan "Panafiel" klubu ilə qarşılaşıb. Matç "Boavişta"nın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. 

 

Komandanın baş məşqçisi Migel Leal bu oyunda cari mövsümdə az forma şansı qazanan futbolçuların gücünü sınayıb. Ardıcıl bir neçə oyundu özünü yaxşı tərəfdən göstərən Emin Mahmudov matça strart heyətdə başlayıb. Mahmudov fasilədə əvəzlənib. 

 

Kamran Ağayev isə bu oyunda iştirak etməyib. O, hazırda ölkəmizdə olduğu üçün heyətdə yer almayıb.

Tarix: 31 Dekabr [00:46]
Oxunub: 828 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2017
22  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio