Prandelli qovuldu

14:03 - 31 Dekabr 2016

İspaniya La Liqasında baş məşqçi istefası reallaşıb. 

 

Sportal.az xəbər verir ki, "Valnsiya"nın baş məşqçisi Cesare Prandelli vəzifəsindən ayrılıb. Bu barədə məlumatı "yarasalar"ın rəsmi saytı yayıb. Məlumatda bildirilib ki, italyan mütəxəssis özü istefa ərizəsini rəhbərliyə təqdim edib. Rəhbərlik də onun istefasını qəbul edib. 

 

Qeyd edək ki, 59 yaşlı çalışdırıcı 3 aydı komandanın "sükanı arxasında" idi. Valensiya Prandellinin rəhbərliyi altında çıxdığı 1 qələbə, 3 bərabərlik və 4 məğlubiyyət almışdı.

 

Xəbər xətti