"Qalatasaray" müdafiəçisini itirdi

18:46 - 31 Dekabr 2016

"Qalatasaray"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın sağ cinah müdafiəçisi Luis Kavanda sıradan çıxıb. 25 yaşlı futbolçu Türkiyə kuboku çərçivəsində "Tuzlaspor"la matçda (2-3) zədələnib.

 

Keçirilən tibbi müayinədən sonra anqolalı müdafiəçinin durumuna aydınlıq gəlib. Kavanda 8 həftə komandasına kömək edə bilməyəcək.

Xəbər xətti