Çindən gələn təklifi rədd etdi: "Pul mənim üçün heç vaxt önəmli olmayıb"

18:47 - 1 Yanvar 2017

Çin klubları təkcə adlı-sanlı futbolçulara yox, məşhur mütəxəssislərə də fantastik təkliflər göndərirlər.

 

Sportal.az xəbər verir ki, “Real”ın və İspaniya yığmasının sabiq baş məşqçisi Visente Del Boske də Çindən cəlbedici təklif alıb. Ancaq mütəxəssis bu təklifi qəbul etməyib:

 

“Çinlilər mənə illik 15 milyon dollar müqabilində məvacib təklif etdilər. Ancaq bu təklifi qəbul etmədim. Mənim üçün pul heç vaxt önəmli olmayıb. Karyeramın ən xoş günləri “Real”ın akademiyasında işlədiyim vaxtlar olub. Ətrafımda əla mütəxəssislər var idi. Özü də həmin vaxt biz çox az qazanırdıq”.

Xəbər xətti