Başına saç əkdirdiyinə görə komandadan qovuldu

00:59 - 2 Yanvar 2017

Türkiyənin 2-ci liqasında mübarizə aparanan “BB Ərzurumspor” futbolçusu Fahri Tatanı komandadan qovub.

 

Sportal.az xəbər verir ki, bir zamanlar "Fənərbaxça" və "Beşiktaş"ın da şərəfini qorumuş qapıçının qovulmasına, başına saç əkdirməsi səbəb olub. Belə ki, “Zonquldak Kömürspor”la çempionat oyununda zədə alan 33 yaşlı "əlcək sahibi" müalicə olunmaq üçün İstanbula göndərilib. Burda 5 həftə yaşıl meydanlardan kənarda qalacağı bəlli olan Tatan, fürsətdən istifadə edərək, başına saç da əkdirib.

 

Ancaq bu, ona baha başa gəlib. Belə ki, düşərgəyə qayıdanda futbolçunun saç əkdirdiyini görən klub rəhbərliyi “biz səni müalicə olunmağa göndərmişdik” deyərək, onunla müqaviləyə xitam veriblər.

 

Futbolçu artıq özünə yeni komanda da tapıb. O, 3-cü liqa təmsilçisi “Sakaryaspor”la anlaşıb.

Xəbər xətti