"Qalatasaray" "Liverpul"un futbolçusunu istəyir

00:44 - 2 Yanvar 2017

"Qalatasaray" müdafiə xəttini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin heyətinə qatmaq istədiyi futbolçulardan biri "Liverpul"un mərkəz müdafiəçisi Mamadu Sakodu. "Sarı-qırmızılar" fransız futbolçunu mövsümün sonuna kimi icarəyə götürmək niyyətindədi.

 

Türkiyə mətbuatının yazdığına görə "Qalatasaray" rəhbərliyi 26 yaşlı müdafiəçi üçün İngiltərə klubuna 1 milyon avro icarə haqqı ödəməyi təklif edib.

Xəbər xətti