Erməni futbolçu "Beşiktaş"dan ayrıla bilər

10:58 - 2 Yanvar 2017

Ötən il transfer olunduğu “Beşiktaş”da zədə səbəbindən yetərincə şans qazanmayan Aras Özbiliz komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Artıq Ermənistan millisinin üzvünün xidmətində 3 klubun maraqlı olduğu deyilir. Super Liqa təmsilçiləri “Karabükspor”la “Adanaspor” və birinci liqa klubu “Sivasspor” erməni futbolçunu heyətinə qatmaq istəyir.

 

“Beşiktaş” rəhbərliyinin futbolçunun taleyini baş məşqçi Şenol Günəşə həvalə etdiyi deyilir. Belə ki, Özbilizin İstanbul təmsilçisindəki gələcək karyerası türkiyəli mütəxəssisin verəcəyi qərardan asılı olacaq.

 

Xəbər xətti