Kostadan etiraf: "Yayda gedə bilərdim"

14:00 - 2 Yanvar 2017

“Çelsi”nin hücumçusu Dieqo Kosta keçən ilin yayında klubu tərk etmək istəyində olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Kosta “Atletiko”ya qayıtmaq şansının olduğunu bildirib:

 

“Yayda gedə bilərdim. Bu haqda fikirləşirdim, amma sevinirəm ki, qaldım. Mənim “Atletiko”ya keçmək şansım yaranmışdı. Komandanı bəzi səbəblərə görə tərk etmək istəyirdim. Amma bu səbəblər arasında “Çelsi”lik bir iş yox idi. Burda azarkeşlər məni sevirlər. Əsas odu ki, baş məşqçi elə ilk dəqiqədən “sənə güvənirəm” dedi”.

 

Xatıraldaq ki, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone açıqlamasında "Çelsi"nin Kosta transferi üçün 200 milyon avro tələb etdiyini və keçidin baş tutmadığını söyləmişdi.

 

Qeyd edək ki, İspaniya millisinin üzvü cari mövsümdə 18 oyunda 14 qol vuraraq, Premyer Liqada bombardirlər yarışında liderlik edir.

 

Xəbər xətti