Robben: "Real" məni satmaq üçün çox çalışırdı"

14:43 - 2 Yanvar 2017

“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben 2009-cu ildə “Real”dan ayrılaraq Mühnen təmsilçisən gəlməkdə tərəddüd etdiyini etiraf edib.

 

Sportal.az xəbər verir ki, “Fox Sports”a danışan ulduz futbolçusu bunları söyləyib:

 

“Florentino Peresin qayıtmasıyla çox dəyişiklik oldu. Böyük transferlərin reallaşacağı bildirildi. Kriştiano Ronaldo, Kərim Benzema, Kaka və Xabi Alonso kimi futbolçular alındı. Bir neçə oyunçunun da satılacağı bildirildi. Bunlardan biri də mən idim. Məni satmaq üçün çox çalışırdılar. Çünki transferimdən yaxşı qazanc olacaqdı. Əvvəlcə getmək istəmirdim. Mənə şans demək olar ki, verilməmişdi. Bir qərar vermək məcburiyyətindəyəm”.

 

“Bavariya” ilə danışıqlar aparırdım. Amma tərəddüd edirdim. Risk etmək istəmirdim, karyeramın ən çətin qərarı idi. “Bavariya” həmin il Avropanın öndə gedən komandalarından deyildi. Yəni, mənim üçün geriyə atılmış addım olacaqdı”. 

 

“Sonda getmək qərarı verdim. Çünki klub mənim transferim üçün əlindən gələni edirdi”. 

Xəbər xətti