"Qalatasaray" futbolçusunu yenə cəzalandırdı

14:55 - 2 Yanvar 2017

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Yasin Öztəkini cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu qeyri-müəyyən müddətə əsas heyətdən kənarlaşdırılıb. Buna futolçunun intizamsız davranışları səbəb olub. Belə ki, Yasin Türkiyə kubokunun qrup mərhələsinin IV turu çərçivəsində “Tuzlaspor”la matçda qırmızı vərəqə aldıqdan sonra etirazını sərt şəkildə bildirmişdi.

 

İstanbul nəhənginin rəsmisi Levent Nazifoğlu Türkiyə mətbuatına verdiyi açıqlamada Yasinin hansı müddətdən sonra əsas komdandaya qaytarılacağının bəlli olmadığını deyib.

 

Qeyd edək ki, Yasin bu mövsüm ikinci dəfə analoji halla üzləşib. O, daha öncə Superliqa çərçivəsində “Adanaspor”a qarşı keçirilən matçda əvəzlənməsinə sərt şəkildə etdiraz etdiyi üçün bir müddət 21 yaşlılardan ibarət komandaya göndərilmişdi.

 

Xatırladaq ki, Yasin cari mövsümdə “Qalatasaray”ın heyətində 19 rəsmi matçda iştirak edib. O, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti