Bakıda üç futbolçu mənzildə ölü tapıldı

Yeni ilin ilk günü Bakıda bədbəxt hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, həvəskarlar liqasında çıxış edən “Sabunçuspor” komandasının 3 üzvü vəfat edib. Buna səbəb onların kirayə qaldığı Bakının Yasamal rayonundakı evlərində dəm qazından zəhərlənməsidi.

 

Vəfat edən 5 nəfərdən 3-ü - Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata məhz adıçəkilən komandanın üzvləri olub. Ölənlərin hamısı Kamerun vətəndaşıdı.

 

Onlarla yanaşı Azərbaycanda təhsil alan daha iki tələbə həmyerliləri də mənzildə ölü tapılıb.

Tarix: 2 Yanvar [16:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2017
23  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio