Ronaldo: "Pul mənim üçün əsas deyil"

17:32 - 2 Yanvar 2017

Madrid "Real"ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo pula münasibətindən və futbolla bağlı gələcək məqsədlərindən danışıb.

 

Sportal.az xəbər verir ki, futbolçu pulun onun üçün əsas məsələ olmadığını bildirib:

 

"Məqsədim hazırkı səviyyəmdə qalmaqdır. Mənim futbol oynamaq üçün daha bir neçə ilim var. Mən "Nike" və "Real" ilə əla müqavilələr imzaladım. Sevinirəm ki, bu yaşda belə böyük sövdələşmələrə imza atmışam. Bu, inanılmazdır, bu mənə daha çox işləmək və öz səviyyəmdə qalmaq üçün ruh yüksəkliyi verəcək. Pul mənim üçün əsas deyil. Mən ona müstəqil olmaq və karyeranızı bitirdikdən sonra özünüzü rahat hiss etməyə imkan verən bir vasitə kimi baxıram".

Xəbər xətti