"Zirə"də istirahət başa çatır

18:34 - 2 Yanvar 2017

Premyer Liqada yaranmış qış fasiləsiylə əlaqədar sərbəst buraxılan "Zirə"də istirahət başa çatır.

 

Sportal.az xəbər verir ki, "qartallar"ın hazırlıqlara start verəcəyi tarix müəyyənləşib. Belə ki, Ayxan Abbasovun yetirmələri yanvarın 4-də bir araya gələcək.

 

Qeyd edək ki, "Zirə"nin qış təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanıb-yollanmayacağı hələ məlum deyil.

Xəbər xətti