"Mançester Yunayted"də 3 itki

19:14 - 2 Yanvar 2017

Premyer Liqanın 20-ci turunda "Vest Hem"lə qarşılaşacaq "Mançester Yunayted"in heyətində ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın aparıcı futbolçularından olan Ueyn Runi, Deyli Blind və Maykl Kerrik komandasına kömək edə bilməyəcək. Buna səbəb hər üç futbolçunun zədəli olmasıdı.

 

Qeyd edək ki, "vest Hem" - "Mançester Yunayted" matçı bu gün Bakı vaxtilə saat 21:15-də start götürəcək.

Xəbər xətti