"Qalatasaray"ın futbolçusu Rusiya klubunun hədəfində

00:08 - 3 Yanvar 2017

"Qalatasaray"ın heyətdən kənarlaşdırılan futbolçusu Yasin Öztəkin İstanbul klubunu tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin xidmətində Rusiyanın "Rubin" klubu maraqlıdı. Kazan təmsilçisi Türkiyə millisinin üzvü üçün "sarı-qırmızılar"a 4 milyon avro təklif edib.

 

Qeyd edək ki, Yasin Öztəkin Tütkiyə kubokunun "Tuzlaspor"la matçında (2 - 3) qırmızı vərəqə aldıqdan sonra məşqçi Ayhan Akmana sərt şəkildə etiraz etdiyi üçün heyətdən kənarlaşdırılıb.

Xəbər xətti