"Qəbələ"nin 4-cü rəqibi də məlum oldu

Yanvarın 9-dan etibarən Türkiyədə təlim-məşq toplanışı keçəcək “Qəbələ”nin daha bir sınaqçı rəqibi bəlli olub.

 

Sportal.az xəbər verir ki, söhbət Qazaxıstanın "Ordabası" klubundan gedir. "Qırmızı-qaralar"ın Qazaxıstan klubu ilə oyunu yanvarın 19-da baş tutacaq.


Bundan əlavə, Roman Qriqorçuk yetirmələri yanvarın 13-də “Partizani”, 18-də Rumıniyanın “Qaz Metan”, 23-də isə Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

 

Əyalət təmsilçisi hazırlığı yanvarın 25-də başa vuracaq.

Tarix: 3 Yanvar [10:22]
Oxunub: 340 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Mart 2017
22  Mart 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio