"Oğlumun "Qalatasaray"dan ayrılması üçün hər gün dua edirəm"

12:39 - 3 Yanvar 2017

“Qalatasaray”ın hollandiyalı futbolçusu Uelsli Sneyderin anası Slviya Sneyder ölkəsinin mətbautına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Hollandiyanın “RTL Nieuws” kanalına danışan ana Sneyder Tükiyədə soz zamanlar tez-tez baş verən terror olaylarından danışıb.


O, oğlunun İstanbuldan ayrılması üçün hər gün dua etdiyini bildirib:

 

“Oğlum və ailəsi yeni ili Tükiyədən kənarda qarşılayırdı. Əgər orda olsaydılar...Təsəvvür edə bilmirəm ki, necə olardı. Hər gün yeni bir partlayış olmaması üçün dua edirəm. Uelsi futbol oynamaq üçün yenə İstanbula gedəcək.  Ancaq hər gün ordan ayrılası üçün dua edirəm”.  

 

Qeyd edək ki, Sneyderin “Qalatasaray”la 2018-ci ilin yayına qədər müqaviləsi var. Yarımmüdafiəçi verdiyi açıqlamalarda “cim-bom”dan ayrılmaq niyyətinin olmadığını vurğulayır.

Xəbər xətti