"Roma"nın futbolçusu "Torino"da

14:33 - 3 Yanvar 2017

İtaliya A Seriyasında çıxış edən “Torino” heyətini yeni futbolçuyla gücləndirib.


Sportal.az xəbər verir ki, Turin təmsilçisi “Roma”nın yarımmüdafiəçisi Xuan Manuel İturbeni heyətinə qatıb. Paraqvaylı futbolçu Turinə gələrək, tibbi müayinədən keçib.


23 yaşlı oyunçu 2014-cü ildən “Roma”nın şərəfini qoruyurdu. Paraqvay millisinin üzvü cari mövsümdə 12 oyunda meydana çıxıb.

 

Xəbər xətti