Ramil Şeydayev "Trabzonspor"un qış toplanışına qatıldı

16:44 - 3 Yanvar 2017

Türkiyənin "Trabzonspor" klubu çempionatın ikinci dövrəsinin hazırlıqlarına start verib. 

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi hazırlıqlarını Antalya şəhərində keçirir.  Ötən gün Bələkdə bir araya gələn komanda bu gün ilk məşqini edib.

 

Məşqdə son zamanlar adı "Samsunspor"la hallanan millimizin üzvü Ramil Şeydayev də iştirak edib. 
Düşərgədən yalnız legionerlər və Mehmett Ekici kənarda qalıb. Ekici digər klubla danışıq apardığı üçün komandanın düşərgəsinə qoşulamyıb. 

 

Qeyd edək ki, yayda "Zenit"dən transfer edilən Ramil Şeydayevin "Trabzonspor"da qalıb-qalmayacağı bəlli deyil.

 

Xəbər xətti