"Kəpəz"də Dario Federiko ilə bağlı maraqlı qərar

10:06 - 4 Yanvar 2017

Azərbaycana gəldiyi gündən “Kəpəz”in braziliyalı futbolçusu Dario Federiko oyunuyla hamının diqqətini üzərinə çəkə bildi. Amma ötən mövsüm çempionatın hələ ilk yarısında aldığı zədə üzündən xeyli müddət yaşıl meydanlardan kənar qaldı. Bu mövsüm də eyni hal təkrarlandı, Dario çox yaxşı oyun sərgilədiyi bir dönəmdə yenə zədələndi.

 

Ən maraqlısı odur ki, braziliyalı futbolçu hər iki halda AZAL “Arena”da zədələnib. Sportal.az-ın məlumatına görə, Dario ilə məsləhətləşdikdən sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev belə qərar verib ki, braziliyalı futbolçu daha AZAL-a qarşı  “AZAL Arena”da olan oyunlarda iştirak etməyəcək. Buna səbəb futbolçunun həm fiziki, həm də psixoloji baxımdan həmin stadionda oyun keçirməyə hazır olmamasıdı. 

 

Qeyd edək ki, "Kəpəz" səfərdə AZAL-la Premyer Liqanın 27-ci turunda üz-üzə gələcək.  

Xəbər xətti