Ben Arfa qərarını verdi

12:53 - 4 Yanvar 2017

Fransanın PSJ klubunun futbolçusu Hatem Ben Arfa gələcək karyerası haqda danışıb.

 

Sportal.az xəbər verir ki, adı bir çox klublarla hallanan hücumçu transfer məsələsinə aydınlıq gətirib:

 

“Çətin zamanlar yaşadım, çünki oynamaq şansı qazanmırdım. Həyatda belə şeylər olur və buna görə də savaşmalısız. Meydan oxumaq lazımdır. Mən də bu çətinlikləri qəbul edərək, mübarizəyə davam edəcəm. Özümə güvənirəm və əsas heyətdə oynamaq üçün çalışacam”.

 

Qeyd edək ki, Hatem Ben Arfa ötən yay “Nitsa”dan PSJ-yə azad agent statusu ilə keçmişdi.

Xəbər xətti