"Ronaldo dünyanın ikinci ən yaxşı futbolçusu olmaqdan məmnun qalmalıdı"

İspaniya milli komandasının sabiq baş məşqçisi Xavyer Klemente "Barselona"lı Lionel Messi və Madrid "Real"ının futbolçusu Kristiano Ronaldonu müqayisə edib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Qızıl Top"un bu ilki qalibi olan portuqaliyalı ulduzun qüsursuz fiziki keyfiyyətlərinə baxmayaraq Messidən sonra dünyanın ikinci ən yaxşı futbolçusu olması ilə qürur duymalı olduğunu bildirib. 66 yaşlı çalışdırıcı Ronaldonun qarın əzələlərinin daha yaxşı olmasına rəğmən, argentinalı hücumçunun istedadlı olduğunu bildirib:

 

"Messi hamıdan öndədi. Matç zamanı çox fərqli böyük və kiçik işlər görür. Bunlar hamısı onu zirvəyə daşıyır. Bu digər futbolçuların yaxşı olmadığı demək deyil. Nə üçün insanlar belə şeylər danışanda əsəbləşirlər? Bir nömrə deyilsən, 2 nömrəli olduğuna görə üzülməməlisən və səndən öndə olan adamın istedadı anadangəlmədirsə heç üzülməyəcəksən.

 

Kristiano Ronaldo dünyanın ikinci ən yaxşı futbolçusu olmağı ilə məmnun olmalıdı. Daha uzunboylu, əzələli və başla daha yaxşı oynayan futbolçudu. Kristianonun da daha yaxşı olduğu məqamlar var. Amma Messi onu texnika, bacarıq və meydanı görmə qabiliyyətinə görə geridə qoyur".

Tarix: 4 Yanvar [16:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 İyul 2017
24  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio