Arsen Venger: "Bir həftə idi ki, onu görmürdüm"

17:59 - 4 Yanvar 2017

"Arsenal"ın türk əsilli yarımmüdafiəçisi Məsut Özül xəstəliyi səbəbilə artıq bir həftədir ki, yataqdadır.

 

Sportal.az xəbər verir ki, dünən "Borunmut"la matçdan (3:3) sonra komandanın baş məşqçisi Arsen Venger almaniyalı futbolçunun durumu barədə də danışıb:

 

"Mən bir həftə idi ki, onu görmürdüm. Heyəti onsuz qurmaqda çətinlik çəkmədim. Bilirdim ki, Məsut oynaya bilməyəcək, hələ yataqda uzanır. Düşünürəm ki, o, növbəti oyunda da iştirak edə bilməyəcək".

 

Qeyd edək ki, "Arsenal" növbəti oyununu şənbə günü FA kubokunda "Preston"a qarşı keçirəcək.

Xəbər xətti