Zidan: "Bir il ərzində daha çox saç itirmişəm"

18:39 - 4 Yanvar 2017

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan transfer planları və öz işi haqqında danışıb.

 

Sportal.az xəbər verir ki, fransız mütəxəssis, Xames Rodriqesin komandada qalmasını istədiyini bildirib. Bu barədə verdiyi açıqlamada maraqlı fikirlər səsləndirib:

 

"Mən Xameslə danışmışam və ona komandada qalmasını istədiyimi söyləmişəm. Bu barədə artıq danışmağa lüzum yoxdur. İndi yalnız işləmək lazımdır.

 

"Real"ın baş məşqçisi postundakı 1 il ərzində daha çox saç itirmişəm. İndi stress bir qədər azalıb. Həyacan var, amma əvvəlki qədər deyil. Həmişə daha yaxşı olmağa çalışıram. Futbolçu olanda da belə idim. İnkişafda limit yoxdur. Bunu futbolçularıma da aşılamağa çalışıram".

Xəbər xətti