Sərdar Taşçı "Trabzonspor"da

Türkiyənin "Trabzonspor" klubu Rusiya "Spartak"ının futbolçusu Sərdar Taşçını rənglərinə bağlayıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 3,5 illik anlaşma əldə olunub. Türk əsilli alman futbolçu ildə 2,3 milyon avro qazanacaq. O, yeni komandasına Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında qoşulacaq.

 

Qeyd edək ki, "Trabzonspor" qış transfer pəncərəsində Argentinanın “San Lorenso” klubunun sol cinah müdafiəçisi Emmanuel Mas və Portuqaliya "Sportinq"indən Joao Pereyranı transfer edib.

Tarix: 4 Yanvar [19:06]
Oxunub: 345 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2017
23  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio