"Real"ın 50 milyonluq təklifini qəbul etmədilər

19:52 - 4 Yanvar 2017

Madrid "Real"ı "Tottenhem"in futbolçusu Dele Allini transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, bunun üçün "kral klubu" İngiltərə təmsilçisinə 50 milyon funt sterlinq təklif edib. Ancaq  20 yaşlı oyunçunu satmaq istəməyən "Tottenhem" bu təklifi rədd edib. Londonlular İngiltərə millisinin üzvü üçün 100 milyon funt sterlinq tələb edir.

 

Qeyd edək ki, gənc hücumameyilli yarımmüdafiəçi 2015-ci ildən "Tottenhem"də çıxış edir.

Xəbər xətti