Məşhur idmançı oğrunu tapana mükafat vəd verdi

Dünyaca məşhur çex tennisçi, “Olimpiya oyunları-2016”nın bürünc mükafatçısı Petra Kvitova evinə girən oğru tərəfindən bıçaqlandığı haqda məlumat vermişdik.
 
Sportal.az
xəbər verir ki, çexiyalı idmançını bıçaqlayaraq evini talayan şəxs hələ də tapılmayıb. Kvitova oğrunu tapılması üçün mükafat da ayırıb. Belə ki, xanım roketka ustası xuliqanı tapan şəxsə 3 min 850 dollar verəcəyini vəd verib.

 

Xatırladaq ki, oğru tennisçinin evinə sayğacı yoxlamaq adı ilə daxil olub. Kvitovanı bıçaqlayan şəxs evdən 5 min kron oğurlayaraq hadisə yerindən qaçıb.
 

26 yaşlı idmançı 3-6 ay arası kortlardan uzaq qalacaq.

Tarix: 5 Yanvar [13:06]
Oxunub: 210 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Yanvar 2017
15  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio