Xames Rodriqes qəti qərarını verdi: "Real"da qalıram"

13:37 - 5 Yanvar 2017

“Real”ın yarımmüdafiəçisi Xames Rodriqes "Sevilya" ilə kubok oyununda sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, qarşılaşamda 2 qol vuran kolumbiyalı yarımmüdafiəçi Madrid klubundan ayrılmayacağını söyləyib:

 

“Bütün futbolçular start heyətdə oynamaq üçün çalışır. Bu olmayanda pis zamanlar keçirirlər. Mənim üçün yeni bir il başladı. Ona görə də, "Real"da qalacam. Bu, mənim qəti qəarımdır”.

 

Qeyd edək ki, Xames bu mövsüm 17 oyunda 4 qol vurub və 9 assist edib.

Xəbər xətti