"Təklif aldığımız klubun Azərbaycanda böyük nüfuzu var"

Ukraynanın “Olimpik” klubundan ayrılan və "Neftçi" ilə razılığa gələn Kirill Petrovun agenti Aleksandr Pankov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Ukrayna mətbuatına danışan Pankov, 26 yaşlı müdafiəçinin Asiya, Yunanıstan və Azərbaycan klublarından təklif aldığını söyləyib:

 

"Petrov növbəti 2 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Klubla razılığa gəlmişik, amma rəsmiləşməyib. Asiya, Azərbaycan və Yunanıstan təklifləri var idi. Yunanıstan klubu yüksək liqada mübarizə aparır. Azərbaycan komandasının isə böyük nüfuzu , tarixi və adı var. Bu 3 təklifi nəzərdən keçirmişik. Petrov yayda Yunanıstana gedə bilərdi, amma son anda alınmamışdı. Son qərarımızı 2 gün ərzində verəcəyik".


Qeyd edək ki, Krill Petrovun "Neftçi"ylə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

 

Tarix: 5 Yanvar [13:50]
Oxunub: 624 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Mart 2017
22  Mart 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio