Fequlinin qırmızı vərəqəsi ləğv edildi

14:38 - 5 Yanvar 2017

İngiltərə Futbol Federasiyası "Vest Hem Yunayted" - "Mançester Yunayted" matçında (0:2) qırmızı vərəqə alan  "çəkicdöyənlər"in futbolçu Sofian Fequliyə cəza verməyib.

 

Sportal.az xəbər verir ki, oyunun 15-ci dəqiqəsində Fil Consla mübarizə zamanı baş hakim Mayk Din tərəfindən qırmızı kart alaraq meydandan qovulan əlcəzairli futbolçunun vərəqəsi ləğv edilib.

 

26 yaşlı yarımmüdafiəçinin qırmızı vərəqəsi ləğv oldunduğu üçün növbəti oyunda komandasına kömək edə biləcək.

Xəbər xətti