"İnter"də toplantı: "Söz-söhbətlərə inanmaq lazım deyil"

"İnter"in yeni prezidenti Azər Əliyev bugündən qış hazırlıqlarına başlayan komanda ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a klubun baş məşqçisi Zaur Svanadze açıqlama verib.
 
O bildirib ki, gənc funksioner toplantıda "İnter"lə bağlı son günlər dolaşan şayiələrə aydınlıq gətirib: "Azər müəllim dedi ki, komandada vəziyyət sabitdir. Söz-söhbətlərə, "İnter"də problemlərin olduğunu deyənlərə inanmaq lazım deyil. Hələlik hər şey normaldır".
 
Svanadze yanvarın 10-da Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlarını da əlavə edib. O, toplanış zamanı 3-4 yoxlama matçı keçirməyi planlaşdırdıqlarını vurğulayıb: "Hələlik potensial rəqiblər arasından seçim aparırıq. Rəqiblərimizin adlarına sabahadək tam aydınlıq gələcək".
 
Qeyd edək ki, "İnter"in bugünkü məşqinə yalnız Ağabala Ramazanov qatılmayıb. O, "Qarabağ"a transfer olunub. Komandadan ayrılacağı bildirilən daha bir futbolçu - Ruslan Abışov isə hazırlıq prosesində iştirak edib.

Tarix: 5 Yanvar [17:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Noyabr 2017
22  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio