"Qəbələ"nin gəncləri Türkiyəyə gedir

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının hazırlıq planı bəlli olub.

 

Sportal.az xəbər verir ki, U-19 Liqasında çıxış edən "qırmızı-qaralar” qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçirəcək.

 

Baş məşqçi Halim Fıçıcının rəhbərliyi altında Antalyaya yollanacaq komanda yanvarın 8-dən 14-dək təlim-məşq toplanışında olacaq. "Papillon Belvil Hotel”də məskunlaşacaq U-19-un yoxlama oyunları keçirməsi də nəzərdə tutulub. Bu qarşılaşmalar yanvarın 10-na, 12-nə və 14-nə planlaşdırılıb.

 

Komanda səfərə 22 futbolçu ilə yollanacaq: Məhəmməd Abbaslı, Elmir Tağıyev, İlkin Abdullayev, Tacir Əlizadə, Abbas Ağazadə, Vüsal Mustafayev, Güləli Mehrəliyev, Tunar Mütəllimov, Tural Əjdərli, Fəqan Məsimov, Vüsal Məsimov, Rəşad Tağıyev, Fərid Nadirov, İzzət Müştaqov, Rüstəm Nuruyev, Fikrət Tağıyev, Kamran Quliyev, Arsen Ağacabəyov, Osman Soltanov, Faiq Hacıyev, Elməddin Sultanov, Sərxan Osmanov.

Tarix: 6 Yanvar [00:31]
Oxunub: 219 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Yanvar 2017
15  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio