Türkiyə millisinin üzvü "Volfsburq"da

Türkiyə millisinin üzvü Yunus Almaniyada Mallı klubunu dəyişib. 

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu 2011-ci ildən çıxış etdiyi "Maynts" klubundan ayrılıb. Bu barədə məlumatı "Maynts"ın rəsmi saytı yayıb. 

 

Məlumatda bildirilib ki, Yunus yenidən Almaniyada çıxış edəcək. O, digər Bundesliqa təmsilçisi "Volfsburq"a keçib. Mallı yeni  klubu ilə 2021-ci ilin yayına qədər müqavilə imzalayıb. "Volfsburq" bu transfer üçün "Maynts"a 12,5 milyon avro ödəyib.

 

Qeyd edək ki, hücumameyilli yaırmmüdafiəçi ötən ildən Türkiyə millisinə dəvət alır. 

Tarix: 6 Yanvar [00:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2017
18  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio