Mario Balotelli cəzalandırıldı

11:22 - 6 Yanvar 2017

Fransa Futbol Federasiyasının İntizam Komitəsi "Nitsa"nın hücumçusu Mario Balotellini cəzalandırıb. 

 

Sportal.az xəbər verir ki, italyan futbolçu qarşıdakı iki oyunda komandasına kömək edə bilməyəcək. Buna hücumçunun "Bordo" ilə matçda qırmızı vərəqə alması səbəb olub. 26 yaşlı futbolçu "Mets" və "Bastiya"ya qarşı oyunları tribunadan izləməli olacaq. 

 

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü mövsümün əvvəlində "Liverpul"dan "Nitsa"ya keçib. O, "Nitsa"nın heyətində keçirdiyi 9 matçda 8 qol vurmağı bacarıb. 

 

Xəbər xətti