"Neftçi"nin futbolçusu 6 aylıq sıradan çıxdı

“Neftçi”nin “Tibbi-Bərpa Mərkəzi”i zədəli futbolçularla bağlı məlumat yayıb.

 

Sportal.az xəbər verir ki, müdafiəçi Rahil Məmmədov bu gün Türkiyənin İstanbul şəhərinin “Acıbadəm” xəstəxanasında bir çiynindən əməliyyat olunacaq. Bir aydan sonra isə futbolçunun digər çiynində cərrahiyyə əməliyyatı həyata keçiriləcək.

 

Rahil Məmmədovun əməliyyatdan sonrakı bərpa olunma müddəti 4-6 aydır.

 

Eyni xəstəxanada olan yarımmüdafiəçi Kamran Nəcəfzadənin isə müayinədən sonra əməliyyat olunması planlaşdırılır.

 

Tarix: 6 Yanvar [12:02]
Oxunub: 407 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2017
24  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio