"Şəmkir" "Dinamo" ilə qarşılaşacaq

16:32 - 6 Yanvar 2017

I Divizionda mübarizə aparan "Şəmkir" Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışındadı.

 

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi burada bir neçə hazırlıq matçında qüvvəsini sınayacaq. "Ağ-qırmızılar"ın Qazaxıstanın "Altay" klubu ilə qarşılaşacağı barədə məlumatı diqqətinizə çatdırmışdıq.

 

"Şəmkir"in ikinci sınaqçı rəqibinin də adına aydınlıq gəlib. Belə ki, Qəhrəman Əliyevin yetirmələri Moskvanın "Dinamo" klubu ilə qüvvəsini sınayacaq.

Xəbər xətti