Maşallah Əhmədovun məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.
 
Sportal.az APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilməli olan prosesdə təqsirləndirilən M. Əhmədov iştirak etməyib. Buna görə məhkəmə prosesi yanvarın 13-dək təxirə salınıb. 
 
M. Əhmədovun prosesdə iştirak etməməyi zərərçəkmiş şəxslərin etirazına səbəb olub.
  
Qeyd edək ki, bu gün M. Əhmədova hökm oxunmalı idi. Prokuror ona 9 illik həbs cəzası istəmişdi.
 
 Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Tarix: 6 Yanvar [16:57]
Oxunub: 115 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Mart 2017
26  Mart 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio