"Sumqayıt" Antalyaya gedir

17:29 - 6 Yanvar 2017

Bu həftə dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq "Sumqayıt" ötən mövsüm olduğu kimi təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.

 

Sportal.az xəbər verir ki, yanvarın 10-da səhər saatlarında qonşu ölkəyə yola düşəcək komandamız 10 gün hazırlıq prosesi keçəcək. "Sumqayıt" Antalyada "The Sense De Luxe" otelində məşkunlaşacaq.

 

"Kimyaçılar" Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək. Rəqiblər hələ ki, məlum deyil.

Xəbər xətti