Ağabala Ramazanov: "Qarabağ"da hər şey mənim üçün yaxşı olacaq"

"Qarabağ"ın yeni transferi Ağabala Ramazanov bu gün komandanın Antalyada davam edən təlim-məşq topıanışına qoşulub və ilk məşqinə çıxıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, millimizin üzvü komandaya keçidi və ilk məşqi haqda fikirlərini bildirib:
 
"Bura gəlməmişdən öncə Qurban Qurbanovun mənimlə maraqlandığını bildim. Karyeram üçün bu təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam. "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq. Komandada hər bir mövqe üçün kəskin rəqabət var, bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə məşq edib əsas heyətə düşmək üçün çalışacam. İndiki səviyyəyə çatmağımda "İnter"in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün "Qarabağ"la ilk məşqimə çıxdım. Futbolçuların çoxu milli komanda və həyatda tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq".
 
Ağabala Ramazanov mövsümün ikinci hissəsi haqda da danışıb:
 
"Mövsümün II yarısı komandamız üçün daha çətin olacaq. Digər rəqiblərimiz də heyətlərini gücləndirib və bizdən xal almaq üçün mübarizə aparacaqlar. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. Mən də öz oyunumla komandama xeyir vermek üçün əlimdən gələni edəcəm".
 
Yeni transfer azarkeşlər haqda danışmağı da unutmadı:
 
"Qarabağ"ın çox böyük azarkeş ordusu var. Komanda yoldaşlarımdan onların daim klub və futbolçularının yanında olduqlarını eşitdim. Onların da etimadını doğrultmağa çalışacam".

Tarix: 6 Yanvar [22:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio