London klubu İtaliya millisinin üzvünü göndərdi

00:57 - 7 Yanvar 2017

İngiltərə Premyer Liqasında çıxış edən “Vest Hem” yayda “Yuventus”dan icarəyə götürdüyü Simone Zazanı geri göndərib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı “çəkicdöyənlər”in baş məşqçisi Slaven Biliç verib. Təcrübəli mütəxəssis Zazanın müqaviləsində olan bənddən istifadə etdiklərini və onu geri göndərdiklərini söyləyib.

 

25 yaşlı futbolçu London klubunun heyətində 11 oyun keçirib.

 

İtaliya millisinin üzvü olan Zaza yayda 5 milyon avro qarşılığında bir illik icarəyə götürülmüşdü. Ancaq mövsümün ilk yarısında sərgilədiyi oyunla ümidləri doğrultmayan hücumçu icarə müddətinin başa çatmasına 6 ay qalmış geri qaytarılıb. Zazanın İspaniya La Liqasında çıxış edən "Vaıensiya"ya icarəyə veriləcəyi gözlənilir.

 

Xəbər xətti