"Onları mütləq Şəhidlər Xiyabanına aparırdıq"

13:32 - 7 Yanvar 2017

1995-ci il. Bakı, Şəhidlər Xiyabanı.

 

Həmin şəkildəkilərdən biri o dövrlərin FİFA referisi Tahir Süleymanovdur. Şəklin tarixçəsi barədə də elə o özü danışır:

 

“Ortada ağ saçlı belçikalı Aleksis Ponnetdir. O zaman UEFA Hakimlər Komitəsinin üzvü kimi AFFA Hakimlər Komitəsinin kuratorluğunu həyata keçirirdi. Zamanında məşhur hakimlərdən biri olub. Ponnet UEFA-nın "İnkişaf" layihəsinin təşkilində, məşqçi, hakimlər üçün seminarların keçirilməsində yaxından iştirak edirdi. Bu səbəbdən Bakıda idilər.

 

1990-cı illərdə AFFA-da olduğumuz dönəmdə qayda qoymuşduq. Futbol xətti ilə Azərbaycana gələnləri mütləq Şəhidlər Xiyabanına ziyarətə aparırdıq. Qarabağın işğalı, Xocalı soyqırımı haqqında ətraflı məlumat verirdik”. 

 

Xəbər xətti