"Şahdağ"da yeni baş məşqçi

Birinci divizionda çıxış edən "Şahdağ"ın yeni baş məşqçisinin adı məlum olub.

 

Sportal.az kluba istinadən xəbər verir ki, baş məşqçi postunda Kamran Əlibabayev olacaq. Ona komandanın sabiq baş məşqçisi Kamran Nurəhmədov kömək edəcək. Qapıçılar üzrə məşqçi isə Volodya Kopeykin ("Simurq") olacaq.

 

Bununla yanaşı, klubun inzibatçısı vəzifəsinə Vahid Həşimov gətirilib. Komanda ilə bağlı bütün işlərə - qalma, qidalanma, sənədləşmə və başqa - məhz o cavabdeh olacaq.

 

"Şahdağ"ın məskunlaşma məkanı kimi isə "Ümid" mehmanxanası seçilib.

 

Tarix: 7 Yanvar [15:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2017
23  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio