"Kəpəz"də yeni təyinatlar

“Kəpəz”də yeni təyinatlar rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, Rəhman Əzizov klubun 13 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin olunub. 

 

Tanınmış uşaq futbol məşqçisi Konstantin Abramenkonun yetirməsi olan Əzizovun ilk peşəkar klubu “Kəpəz” olub. Gəncə təmsilçisi ilə yanaşı, sabiq hücumçu “Qəbələ”, “Bakılı”, “Şəmkir” və digər komandalarda çıxış edib. 2014-cü ildə karyerasını başa vuran Rəhman Əzizov məşqçiliyə başlayıb və C kateqoriyasına malikdir. 

 

Əziziov “Kəpəz”in U-13 komandasında İbrahim Hüseynovu əvəzləyib. Sonuncu isə işini U-17 komandasında davam etdirəcək. Ümumiyyətlə, Gəncə klubunda daha bir neçə dəyişiklik reallaşıb. Belə ki, 17 yaşlılardan ibarət kollektivin çalışdırıcısı Tofiq Məmmədov U-19-a köməkçi məşqçi, Fuad İsmayılov U-14 komandasına baş məşqçi təyin edilib. U-14-də işləmiş Tariyel Hüseynov isə aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub.

 

Tarix: 7 Yanvar [15:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio