Ramil Şeydayev "Trabzonspor"un məşqində

16:16 - 7 Yanvar 2017

Türkiyənin “Trabzonspor” klubu Superliqanın ikinci dövrəsinin hazırlıqlarını davam etdirir.

 

Spotal.az xəbər verir ki, təlim-məşq toplanışını Antalya şəhərində keçirən Qara dəniz təmsilçisi bu gün növbəti məşqini keçirib. Ərsun Yanalın komandası trenajor zalında hazırlaşır. Məşqdə millimizin üzvü Ramil Şeydayev də iştirak edib.

 

Qeyd edək ki, əsas heyətə düşməkdə çətinlik çəkən Şeydayevin "Samsunspor"a icarəyə veriləcəyi gündəmdədir.

 

Xəbər xətti